İmişlidə DƏHŞƏT: Kişini öldürüb evini yandırdılar

27-01-2026, 00:13           
İmişlidə DƏHŞƏT: Kişini öldürüb evini yandırdılar
İmişlidə yanan evdə meyiti tapılan şəxsin qətlə yetirildiyi ehtimal edilir.

TEREF-in APA-ya istinadla verdiyi məlumata görə, Qaradonlu kənd sakini, 69 yaşlı Sədrəddin Fərəcovun qətlə yetirildiyi, daha sonra evin yandırıldığı bildirilir.

Məlumata görə, faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma gedir.

Qeyd edək ki, İmişli rayon sakininə məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru