İdarə rəisinin oğlu adam vurdu: atası külli miqdarda pul xərclədi

21-05-2015, 10:40           
İdarə rəisinin oğlu adam vurdu: atası külli miqdarda pul xərclədi
Yuxarı Qarabağ Kanalı İstismar İdarəsində nələr baş verir?

Yuxarı Qarabağ Kanalı İstismar İdarəsi rəisinin maliyyə maxinasiyaları davam edir.

İlyas Səfərov dövlətin yüz min manatlarla vəsaitini oğlunun cinayətini ört-basdır etmək üçün xərcləyir.

İdarə rəhbərliyi "Monolit” MMC ilə maliyyə fırıldaqları planını dövriyəyə salıb. Bu məhdud məsuliyyətli cəmiyyəti elan etdikləri tenderdə qalib çıxarıb.

Ötən il isə "Nicat SK” MMC-ni həmin tender oyununda "qalib” çıxararaq maliyyə fırıldaqları edimişdi. Burada ən maraqlı məqam ondan ibarətdir ki, bu MMC-lər dövlət qeydiyyatına İ.Səfərovun qohumlarının adı keçirilib.

Yuxarı Qarabağ İstismar İdarəsinin rəisi İlyas Səfərovun qardaşı, istismar idarəsinin bütün "maxinasiyalar”ında adı iş icraçısı, XI dərəcəli mühəndis kimi yazılan Knyazın qohumları bu prosesdə iştirak edib.

Arqument.Az-ı bilgiləndirən qaynağın sözlərinə görə, İlyas Səfərovun oğlu 100 min manatlıq avtomobili ilə yol hərəkət qaydasını kobudcasına pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində zərər çəkmiş şəxs ölüb. Ancaq idarə rəisi hadisəni külli miqdarda vəsaitin hesabına bağlaya bilib.
Tumar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]