Gündəlik idman İsveç baş nazirinin həyatını təhlükəyə atdı

9-07-2025, 11:18           
Gündəlik idman İsveç baş nazirinin həyatını təhlükəyə atdı
İsveçin Baş naziri Ulf Kristerssonun həyatı səhər qaçışları və şəxsi mühafizəçiləri səbəbi ilə təhlükə altına düşüb. Belə ki, onun mühafizəçiləri məsuliyyətsizlik ucbatından baş nazirin yerini istənilən şəxsə faktiki olaraq açıqlayıblar.
Bu barədə "Dagens Nyheter" qəzeti xəbər verir.

Məlum olub ki, baş nazirin mühafizəçiləri məşq proqramı olan "Strava" tətbiqindən istifadə edərək öz qaçış məlumatlarını oraya yükləyiblər. Sonra isə Kristerssonla birlikdə onu qorumaq məqsədilə qaçdıqları üçün bu məlumatlar ictimai şəkildə əlçatan olub.

Nəticədə istənilən şəxs baş nazirin qaçış marşrutunu, yaşadığı ünvanı, eləcə də işgüzar səfərlərdə qaldığı hotelləri və digər müvəqqəti məkanları öyrənə bilərdi. Bu isə o deməkdir ki, istənilən bədniyyətli şəxs həmin məlumatlardan sui-qəsd təşkil etmək və ya o, qaçışdaykən və ya səfərdə olarkən Kristerssonun evinə daxil olmaq üçün istifadə edə bilərdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru