Cenevrədə "Mellon Blue" mavi brilyantı milyonlarla dollara satıldı

12-11-2025, 17:44           
Cenevrədə "Mellon Blue" mavi brilyantı milyonlarla dollara satıldı
Əvvəllər amerikalı xeyriyyəçi və ABŞ-nin keçmiş birinci xanımı Jaklin Kennedinin yaxın dostu olan Reyçel Mellona məxsus olan 9.51 karat çəkisində nadir mavi "Mellon Blue" brilyantı Cenevrədə 20.5 milyon İsveçrə frankına (25.6 milyon dollar) satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Christie's" hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, "Mellon Blue" tünd rəngi sayəsində bütün nadir mavi brilyantların 1%-dən azını təşkil edən nadir kateqoriyasına daxil edilib. Bundan əlavə, daşın daxili qüsurları yoxdur.

Brilyant R.Mellonun 2014-cü ildə vəfatından sonra ilk dəfə hərraca çıxarılmış və 32.6 milyon dollara satılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]