Ukraynada ən ağır döyüşlərin getdiyi bölgə açıqlandı

15-11-2025, 10:18           
Ukraynada ən ağır döyüşlərin getdiyi bölgə açıqlandı
Donetsk vilayətindəki Pokrovsk istiqaməti Ukrayna Silahlı Qüvvələri üçün ən çətin istiqamət olaraq qalır.

Oxu.Az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Komandanı Oleksandr Sırski öz "Telegram" kanalında bildirib.

"Düşmən nəzarət zonasını genişləndirmək üçün yaşayış məntəqələrinə, çoxmənzilli binalara soxulmağa və orada möhkəmlənməyə cəhd göstərir. Bunu nəzərə alaraq, düşmənin planlarına qarşı çıxmaq üçün bir sıra tədbirlər hazırlayırıq", - deyə o yazıb.

Ukrayna Ordusunun Baş Komandanı vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri düşmənə həm canlı qüvvə, həm də texnika baxımından əhəmiyyətli itkilər verməyə davam edir, eyni zamanda onların hərəkətlərini məhdudlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]