İran su böhranını belə həll etməyə çalışır – Detallar açıqlandı

16-11-2025, 11:54           
İran su böhranını belə həll etməyə çalışır – Detallar açıqlandı
İranın energetika naziri Əliabadi bildirib ki, ölkədə su böhranı kritik həddə çatmadığı müddətdə Fars körfəzindən duzsuzlaşdırılmış suyun gətirilməsi gündəmdə deyil.

Globalinfo.az-ın xəbərinə görə, nazir vurğulayıb ki, suyun bu qədər uzun məsafəyə nəqli çox baha başa gəlir.

Hazırda hökumət Çabahar, Bəndər Abbas və Xuzistanda yeni duzsuzlaşdırma zavodlarının tikintisini prioritet hesab edir. Bu layihələrin ölkənin cənub bölgələrində su təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı gözlənilir.

Keçmiş nəqliyyat naziri Abbas Axundi bu yanaşmanı tənqid edib. Onun sözlərinə görə, dəniz suyunun duzsuzlaşdırılması layihələri həm yüksək maliyyə yükü yaradır, həm də ekoloji baxımdan ciddi risklər daşıyır. Abbas Axundi bildirib ki, su çatışmazlığının əsas səbəblərini aradan qaldırmadan belə layihələr uzunmüddətli həll sayıla bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]