Tim Kuk istefaya hazırlaşır: "Apple"ın yeni rəhbəri kim olacaq?

17-11-2025, 12:44           
Tim Kuk istefaya hazırlaşır: "Apple"ın yeni rəhbəri kim olacaq?
Tim Kuk gələn il "Apple" şirkətinin baş direktoru vəzifəsindən istefa verə bilər və Direktorlar Şurası varislik planı üzərində ciddi şəkildə işləməyə başlayıb.

TEREF xəbər verir ki, "Financial Times" qəzetinin məlumatına görə, əsas namizəd "Apple" şirkətinin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Turnus hesab olunur.

Kukun bu yaxınlarda 65 yaşı tamam olub. O, 14 il ərzində baş direktor kimi şirkətə sürətli böyümə və bir çox mübahisəli qərarlar dövründə rəhbərlik edib. Tez-tez "Apple" şirkətinin hazırkı istehsal həcmi səviyyəsinə çatmasına imkan verən genişmiqyaslı istehsalın autsorsinqinin əsas təşəbbüskarı adlandırılır.

Kukun vəzifədən getməsi ilə bağlı şayiələr Baş Əməliyyat Direktoru Xeff Uilyams təqaüdə çıxdığını elan etdikdən qısa müddət sonra ortaya çıxıb. Onun getməsi yüksək idarəetmə səviyyəsində dəyişikliklərə səbəb olub, məsələn, xidmət rəhbəri Eddi Kyu, proqram təminatı inkişafı rəhbəri Kreyq Federiginin və eyni Ternusun məsuliyyət sahələri genişləndirilib.
Qaynarinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]