Bakıda "Euronews"un yerli ofisi açılıb

18-11-2025, 10:34           
Bakıda "Euronews"un yerli ofisi açılıb
Bakıda "Euronews" telekanalının yerli ofisinin açılış mərasimi keçirilib.

TEREF "Report"a istinadla xəbər verir ki, tədbirdə "Euronews"un Direktorlar Şurasının sədri Pedro Varqas David açılış nitqi ilə çıxış edib.

Mərasim zamanı "Euronews"un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələri təqdim olunub.

Həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən "Eurasia Talks" verilişi nümayiş etdirilib.

Tədbir mədəni proqramla yekunlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]