Sağ qalmaq üçün 50 siçovul yeyib: Çində qəribə müsabiqəyə qatılan 25 yaşlı qadın 14 kiloqram arıqlayıb

18-11-2025, 17:44           
Sağ qalmaq üçün 50 siçovul yeyib: Çində qəribə müsabiqəyə qatılan 25 yaşlı qadın 14 kiloqram arıqlayıb
Çinli qadın sağ qalmaq üçün müsabiqədə 50 siçovul yeyib.

Oxu.Az "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı çinli Çjao Teçju sərt şərtlərlə keçirilən yarışda sağ qalmaq üçün 50 siçovul yeməli olub. Hadisə ölkənin əksər media qurumlarında manşetlərdə işıqlandırılıb.

Yarışın qaydalarına görə, iştirakçılar 35 gün ərzində səhra şəraitində yaşamalı, 40 dərəcə istidə sağ qalmaq üçün mübarizə aparmalı olublar. Çjaonun ayaqları həşəratların dişləmələri nəticəsində yara izləri ilə örtülüb.

Çətin sınaqlardan qalib çıxan Çjao 14 kiloqram arıqlayıb və 7 500 yuan (təxminən 1 794 manat) mükafat qazanıb. O, pəhrizini proteinlə zəngin qidalarla təmin etdiyini, gəmiriciləri ovlayıb dərilərini soyaraq qovurduğunu bildirib.

Yarış təşkilatçıları insanları belə təhlükəli təcrübələri təkrarlamamağa çağırıblar. Çinli qadın isə növbəti yarışlarda 15 kiloqram daha arıqlamaq niyyətində olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru