Nasist düşərgəsi tunelləri ilə səyahətə çıxan ata və oğul itkin düşüblər
18-11-2025, 15:08
Almaniyada keçmiş həbs düşərgəsində gəzintiyə çıxan ata və oğul itkin düşüb.
Oxu.Az xəbər verir ki, onların axtarışları üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılıb.
Məlumata görə, 50 yaşlı ata və 19 yaşlı oğlu Almaniyada 1943-1945-ci illərdə 60 mindən çox məhbusun raketlər düzəltdiyi Dora-Mittelbau həbs düşərgəsinin tunellərinə daxil olublar.
Səyahətçilər planları barədə keçmiş həyat yoldaşına məlumat veriblər və məhz qadın kişilərin itkin düşməsi barədə polisə zəng edib. Axtarış əməliyyatına polis itləri və helikopter cəlb olunub.
Tezliklə itkin düşənlər özləri qohumları ilə telefonla əlaqə saxlayaraq vəziyyətlərinin normal olduğunu bildiriblər.
Hazırda ata və oğul əraziyə qanunsuz daxil olmaqda ittiham olunurlar və həmçinin axtarış xərclərini Türingiya polisinə ödəməlidirlər.