Brüsselin baş prokuroruna qarşı sui-qəsd cəhdi: Səkkiz nəfər həbs edildi
19-11-2025, 11:14
Brüsseldə (Belçika) Albaniya mafiyasına xidmət edən səkkiz nəfər şəhərin baş prokuroruna sui-qəsd planında iştirak etdiklərinə görə həbs edilib.
Bu barədə Belçika Federal Prokurorluğu məlumat verib.
Məlumata görə, sui-qəsd cəhdi 2025-ci ilin iyul ayında olub.
Qeyd edək ki, Brüssel son zamanlar narkotik qaçaqmalçılığının əsas mərkəzlərindən birinə çevrilib. Hakimiyyət orqanları Avropanın ən təhlükəli 100-dən çox cinayətkar qrupunun hazırda Belçikada fəaliyyət göstərdiyini bildirirlər.