Ukrayna Ordusu ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirdi

18-11-2025, 11:44           
Ukrayna Ordusu ABŞ-nin ATACMS raket sistemləri ilə Rusiyaya zərbə endirdi
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ şirkəti "Lockheed Martin Corporation" tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə olunduğunu açıqlayıb.
Bakupost.az xəbər verir ki, Baş Qərargah bu barədə teleqram kanalında bildirib.
"Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Bu, Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir", - açıqlamada qeyd olunur.
Baş Qərargah əlavə edib ki, uzaq mənzilli silahların, xüsusən də ATACMS sistemlərinin istifadəsi davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]