Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha bir tankerə zərbə endirib - VİDEO

11-12-2025, 11:24           
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha bir tankerə zərbə endirib - VİDEO
Dekabrın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Sea Baby" dəniz dronları Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid "Dashan" tankerini vurub.

Bu barədə Unian-a SBU-dakı mənbələr məlumat verib.

Məlumata görə, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasına daxil olaraq “Novorossiysk” liman terminalına doğru hərəkət edib. Tanker maksimum sürətlə irəliləyib və transponderi söndürülmüş vəziyyətdə olub.

Hücum nəticəsində gəmi ciddi zədələnib. Yayımlanan görüntülərdə tankerın arxa hissəsində güclü partlayışlar müşahidə olunur. İlkin məlumata əsasən, gəmi sıradan çıxarılıb.

Əməliyyat SBU-nun Hərbi Əks-Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]