Facebook və Google-yə 122 milyon dollar pul atan adam
12-12-2025, 15:54

Bu kişinin 50 yaşı var, litvalıdır, adı Evaldas Rimasauskasdır. Nə haker deyil, nə də xüsusi kompüter bilikləri yoxdur. Amma Facebook və Google kimi nəhəng şirkətlərə 122 milyon dollar pul atıb.
Bəs, adam bunu necə edib?
Tayvanda "Quanta Computer" adlı real bir şirkət var. Evaldas özünə yeni bir şirkət açıb və onu "Quanta Computer" kimi təqdim edib. Google və Facebook-un uyğun şöbələrində işləyən əməkdaşların mail ünvanlarını tapıb. Saxta sənədlər hazırlayaraq bu şirkətlərə xidmətə göstərdiyini yazıb və köçürmələri filan ünvana etmələrini istəyib.
O boyda şirkətlər də bu mailə inanıb, əlavə yoxlanış etmədən köçürmələr edib. Evaldas köçürmələri Latviyada və Kiprdə açdığı hesablara yönləndirib.
İşin üstü açılanda adam artıq 122 milyon dollar əldə etmişdi. Litva hökuməti onu tutduqdan sonra ABŞ-yə təhvil verir. Əvvəlcə ona 30 il iş veriləcəyi bildirilir. Sonra razılaşma olur və pulun 49.7 milyon dollarını adam şirkətlərə geri qaytarır. Nəticədə, Evaldas Rimasauskas 5 il azadlıqdan məhrum edilir.
İstinad: Bloomberg, CNBC, FBI
Hazırladı: Ceyhun Qurbanov

