Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi həbs olunub
13-12-2025, 08:24
2023-cü il Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi qatıldığı anım tədbirində həbs edilib.
Bu barədə xarici KİV-də məlumat yayılıb.
2024-cü ilin dekabrında həbsdən müvəqqəti azad olunan N.Məhəmmədi dekabrda ofisində ölü tapılan vəkil Xosrov Alikürdünün xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə tutulub.