Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu

14-12-2025, 09:49           
Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu
Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub.

Bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb. Mərkəzi Sudan hökuməti hücumu pisləyib.

Xatırladaq ki, Sudandakı vəziyyət 2023-cü ilin aprelində Sudan Şurasının sədri və ordu komandiri Əbdül Fəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən gərginləşib.

Paytaxt Xartumda başlayan toqquşmalar tez bir zamanda ölkənin digər bölgələrinə də yayılıb. Ekspertlərin hesablamalarına görə, münaqişə nəticəsində ən azı 40 000 insan həlak olub, təxminən 14 milyon insan didərgin düşüb və bir çox insan aclıq həddinə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]