Şahzadə Diananın toyu üçün özəl hazırlanmış şampan şüşəsinə alıcı tapılmadı

14-12-2025, 10:38           
Şahzadə Diananın toyu üçün özəl hazırlanmış şampan şüşəsinə alıcı tapılmadı
Danimarkadakı "Bruun Rasmussen" hərrac evi şahzadə Çarlz (hazırda Britaniya Kralı III Çarlz - red.) və Diananın toyu üçün hazırlanmış "Dom Perignon" şampan şüşəsini sata bilməyib.

"Associated Press" xəbər verir ki, nadir içkinin başlanğıc qiymət 600 000 Danimarka kronu (təxminən 80 000 avro) olaraq müəyyən edilib. Hərrac zamanı bütün təkliflər bu minimum qiymətdən aşağı olub.

Xatırladaq ki, toy mərasimi 29 iyul 1981-ci ildə Londondakı Müqəddəs Pol kilsəsində baş tutub. Bu hadisəni qeyd etmək üçün məhdud sayda - cəmi 12 şüşə özəl şampan buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]