"Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub

15-12-2025, 15:08           
"Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub
"Google öz "Translate" xidmətində yenilənmə elan edib.

Oxu.Az "The Verge" nəşrinə istinadən xəbər verir ki, yeniliyin əsas hadisəsi istənilən model qulaqlıqlar üçün canlı nitqin sinxron tərcüməsi funksiyasının istifadəyə verilməsidir.

Ondan istifadə etmək üçün sadəcə "Android" əməliyyat sistemli uyğun smartfon və "Translate" tətbiqi kifayətdir. Xidmət 70-dən çox dili dəstəkləyir və beta rejimində ABŞ, Meksika və Hindistanda istifadəyə veriləcək. 2026-cı ildə bu funksiya tətbiqin "iOS" versiyasında da əlçatan olacaq.

Bununla paralel olaraq "Google" "Gemini" süni intellekt modelinin imkanlarına əsaslanan təkmilləşdirilmiş mətn tərcümə mexanizmini də tətbiq edib.

Üçüncü mühüm yenilik isə dillərin öyrənilməsi üçün nəzərdə tutulmuş "Təlim" funksiyasının coğrafiyasının və dil dəstəyinin genişləndirilməsidir.

Təkmilləşdirilmiş mətn tərcüməsi artıq ABŞ və Meksikada bütün platformalarda - "Android" və "iOS" tətbiqlərində, eləcə də veb-versiyada mərhələli şəkildə istifadəyə verilməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]