İtaliyada yol ortasında polislə silahlılar arasında atışma: Cinayətkar dəstə zirehli maşını partlatdı VİDEO
10-02-2026, 16:42
İtaliyada yol ortasında polislə silahlılar arasında atışma baş verib.
Bu barədə Oxu.Az "Mirror" nəşrinə istinadən xəbər verir. Məlumata görə, İtaliyanın cənubundakı Apuliya vilayətində, Leççe və Brindizi şəhərlərini birləşdirən şosedə zirehli furqona hücum edilib.
Silahlı şəxslər yanan avtomobildən blokpost kimi istifadə edərək, zirehli furqonu dayanmağa vadar ediblər, daha sonra isə içindəkiləri qarət etmək üçün onu partladıblar. Silahlı şəxslərlə polis əməkdaşları arasında da atışma qeydə alınıb.