Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər: Eldar Mahmudovun müsadirə qorxusu!

10-05-2026, 10:14           
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər: Eldar Mahmudovun müsadirə qorxusu!
"Sabiq MTN şefi Eldar Mahmudovun xarici ölkələrdə külli miqdarda sərvətə malik olması ilə bağlı ölkə mediasında çoxlu sayda məqalə dərc olunub. Bu məqalələrdə Eldar Mahmudovun Almaniya, Fransa, Macarıstan, Çexiya və s. ölkələrdə çoxsaylı daşınmaz əmlaklara – restoranlara, klinikalara və s. malik olduğu konkret faktlarla öz əksini tapıb."

TEREF yazır ki, bu sözləri poçtumuza daxil olan məqalədə müəllif yazır. Müəllif daha sonra yazır: "Dövlətdən və xalqdan oğurladığı puları qoruyub saxlamaq üçün həmin vəsaiti xarici ölkələrə daşıyan, özünün gələcəyini doğma vətənlə deyil, Avropa ilə bağlayan Eldar Mahmudov bu ölkələrdəki sərvətini itirmək təhlükəsi ilə qaşılaşıb. Belə ki, Avropa dövlətlərində çirkli pullara qarşı mübarizə çərçivəsində başladılan yeni təftiş dalğası sabiq MTN şefinin Avropa ölkələrindəki sərvətini taleyini də sual altında qoyub. Aparılan təftişlr fonunda Almaniyada bir neçə klinikaya malik olan Eldar Mahmudov bu klinikalar üçün ödədiyi vəsaitin mənbəyini göstərə bilməyib. Daha doğrusu, sabiq nazirin gətirdiyi arqumentlər alman hökuməti tərəfindən qənaətbəxş hesab edilməyib. Bu səbəbdən də yaxın həftələrdə Almaniya hökumətinin bu kliniklara əl qoyacağı ehtimal edilir.

Keçmiş nazirə məxsus bəzi restoranların da müsadirə olunacağı gözlənilir. Əgər bu baş verərsə, o zaman bu, Eldar Mahmudov üçün son illərin ən ağır zərbəsi olacaq.

Xatırladaq ki, azərbaycanlı məmurların xarici ölkələrə daşıdığı vəsaitlərə Azərbaycan hökuməti tərəfindən əl qoyulması məsələsi dəfələrlə gündəmə gəlsə də, hələ ki, bu istiqamətdə heç bir əməli addım atılmış deyil. Ümid edirik ki, heç deyilsə bundan sonra əlaqədar qurumlar Azərbaycandan oğurlanan vəsaitlərin yenidən Azrbaycana qaytarılması istqamətində konkret addımlar atacaq, bu vəsaitlər Avropa dövlətlərinin büdcəsinə deyil, sahib olduğu yerə - Azərbaycan Respublikasının dövlətinin büdcəsinə axacaq."














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru