Çörəyi mağazalara necə gətirdi? - ŞOK OLACAQSIZ - VİDEO

16-06-2018, 11:14           

Çörək mağazalara avtomobilin ayaqaltı hissəsində daşınır. Fotonu göndərən şəxs iddia edir ki, şəkil Sumqayıtda çəkilib. Çörəklər də sexlərdən birinin avtomobili tərəfindən şəhər ərazisindəki mağazalara daşınır.

Əməkdaşlarımız həmin sürücünü tapıb. O, şəhərdəki dükan və supermarketlərə çörəkdaşıma ilə məşğul olan Adil Hüseyinovdur. Adil Hüseyinov deyib ki, fotolar həqiqətən də onun avtomobilində çəkilib. Lakin həmin çörəklər mağazalardan geri qaytarılıb və bağında bəslədiyi heyvanlar üçün aparıb.

İstənilən halda çörək bərəkətdir, təzəsi də, köhnəsi də müqəddəs sayılır. Adil Hüseynov da bu fikirlə razıdır və çörəyi ayaq altında daşımağın düzgün olmadığını qəbul edir.

Adil Hüseynov bundan sonra çörək daşıyarkən gigiyena qaydalarına daha diqqətlə yanaşacağını bildirib. (xezerxeber.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru