Siyavuş Novruzov Elza Seyidcahandan danışdı - "...gündəmdə deyil"

4-11-2015, 13:11           
Siyavuş Novruzov Elza Seyidcahandan danışdı - "...gündəmdə deyil"
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın üzvü olduğu YAP-ın sıralarından xaric ediləcəyi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

YAP rəsmisi S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, Elza Seyidcahan hələlik partiyanın üzvüdür:

“Bilirsiniz ki, noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə partiyanın bir neçə üzvü YAP-ın irəli sürdüyü namizədlərə alternativ olaraq öz namizədliklərini irəli sürüblər. Yəqin ki, bununla bağlı YAP rəhbərliyi yaxın vaxtlarda öz fikirlərini bildirəcək. Ancaq indidən dəqiq deyə bilmərəm ki, bununla bağlı tədbir görüləcək və yaxud görülməyəcək. Hələ bu məsələnin müzakirəsi gündəmdə deyil”.

Xatırladaq ki, bir neçə sayt YAP daxilindəki mənbələrə istinadən 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahanın Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric ediləcəyi ilə bağlı məlumat veriblər. Xəbərdə qeyd edilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Elza Seyidcahan seçki öncəsi partiyanın nüfuzuna xələl gətirən çıxışlar edərək, YAP-ın siyasi kursuna zidd mövqe sərgiləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru