Əflatun Amaşov mətbuat xidmətlərini qınadı

20-11-2015, 22:11           
Əflatun Amaşov mətbuat xidmətlərini qınadı
“Çox təəssüf ki, bəzi dövlət qurumlarının mətbuat xidmətləri vaxtında kütləvi informasiya vasitələrini informasiya ilə təmin etmirlər”.

APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Şura sədri bildirib ki, Mətbuat Şurasının monitorinq qrupunun ekspertləri tərəfindən son vaxtlar ölkədə baş verən hadisələrlə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatların yayılmasının səbəbləri araşdırılıb: “Bəzi mətbuat orqanları araşdırmalar aparmadan, IP xatirinə məlumat yaydılar. Bu xəbərləri bilərəkdən, ajiotaj yaratmaq xatirinə yayan saytlar da olur. Təsəvvür edin ki, hadisələr baş verir, informasiya baş alıb gedir. Bir müddətdən sonra haqqında yazılan qurumun mətbuat xidməti yayılan xəbərlərlə bağlı təkzib verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru