Ana Vətən Partiyasının 25 illik Yubileyi keçirildi - FOTOLAR

24-11-2015, 14:00           
Ana Vətən Partiyasının 25 illik Yubileyi keçirildi - FOTOLAR
Ana Vətən Partiyasının 25 illik yubileyilə bağlı geniş tədbir keçirilmişdir. Tətbirdə partiyanın rəhbərliyi, rayon təşkilatlarının sədrləri, Ali Məclis üzvləri iştirak etmişdir. Eyni zamanda yubileydə qonaq kimi siyasi partiya rəhbərləri və millət vəkilləri də iştirak etmişdir.

teref.az xəbər verir ki, tədbirin açılışından sonra ilk öncə yubiley iştirakçıları partiyanın sədri Fəzail Ağamalını növbəti dəfə Milli Məclis üzvülüyünə seçilməsi münasibətilə təbrik etmişdir. Sonra isə AVP sədri, millət vəkili Fəzail Ağamalı geniş nitq söyləmiş, partiyanın 25 illik tarixi barədə məlumat vermiş və yubiley iştirakçılarını təbrik etmişdir. Daha sonra AVP-nin tarixini özündə əks etdirən video-rolik nümayiş etdirilmişdir.
Yubileydə qonaq kimi iştirak edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, BQP-nın sədri, millət vəkili Fazil Qəzənfəroğlu çıxış edərək AVP-nin sədrini və üzvlərini partiyanın 25 illik yubileyi münasibətilə təbrik etmişlər.
Tədbir AVP-nin 25 illik yubileyi şərəfinə verilən ziyafətlə yekunlaşmışdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru