Tərtərdə “Gənc sahibkarların innovativ koordinasiyası” mövzusunda tədbir keçirilib

5-12-2015, 13:06           


teref.az - Tərtər şəhər Gənclər Mərkəzində “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc sahibkarların innovativ koordinasiyası” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyinin sədri Etibar Əsədov Tədbir iştirakçılarına ölkədə gənc sahibkarların fəaliyyəti, uğurlu sahibkarlığın prinsipləri, gənc sahibkarların müasir texnologiyalardan istifadə qaydaları, sahibkarlara göstərilən dövlət dəstəyi və onlara yaradılmış əlverişli şərait, sahibkarlıq və innovasiya haqqında ətraflı məlumat verilmişdir.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov ölkəmizdə sahibkarlara göstərilən dövlət dəstəyi və yaradılmış əlverişli şərait haqqında danışmışdır.

Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılmışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru