Gürcüstanın Neft və Qaz Korporasiyasından Azərbaycana ittiham - "SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir"

12-01-2016, 11:53           
Gürcüstanın Neft və Qaz Korporasiyasından Azərbaycana ittiham - "SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir"
"Bəzi hallarda SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir".

"APA-Economics"in "Georgia Online" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib.

"Qeyd etmək lazımdır ki, son dövrlər Gürcüstanda qaza tələbat xeyli artıb. Bəzən SOCAR-ın həyata keçirdiyi təbii qaz təchizatında məhdudiyyətlər olur. Bunun üçün də biz bəzi hallarda Rusiya qazının hesabına balansı qorumaq məcburiyyətindəyik", - deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru