Prezident İlham Əliyev KİV haqqında qanuna dəyişiklik etdi

15-01-2016, 00:23           
Prezident İlham Əliyev KİV haqqında qanuna dəyişiklik etdi
Azərbaycan Prezidenti İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının "Kütləvi informasiya vasitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək; Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək; Həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Dəyişikliyə əsasən, "Kütləvi informasiya vasitələri haqqında" qanunun 19-cu maddəsində "təsisçinin və ya məhkəmənin" sözləri "təsisçinin, məhkəmənin və ya "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının" sözləri ilə əvəz edilib./Azərtac/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru