“Tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq” - İlham Əliyev

18-01-2016, 17:25           
“Tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq” - İlham Əliyev
“2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər, bu proses indi də davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə söyləyib.

Dövlət başçısı deyib ki, son 1 ildə neftin qiyməti 4 dəfə düşüb: “Bu da gəlirlərin azalmasına təsir edib. Hazırda Azərbaycan vəziyyətdən çıxmaq üçün addımlar atır. Azərbaycan digər neft ölkələri ilə müqayisədə ən azı itki ilə üzləşib. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq. Ölkədə islahatların dərinləşməsi vacibdir. Bununla bağlı səslənən təkliflər artıq icra olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru