Lavrovdan şok Qarabağ etirafı

26-01-2016, 15:19           
Lavrovdan şok Qarabağ etirafı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil”.

APA-nın verdiyi məlumat görə, bunu Moskvada keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Qarabağ nizamlanması ilə bağlı həmsədrlərin müxtəlif vaxtlarda hazırladıqları sənədlərin olduğunu deyən nazir onların danışıqlar prosesində mövcud olan yeganə sənədlər olduğunu bildirib.

“Bu sənədlərdən başqa sənəd mövcud deyil. Həmin sənədlər ATƏT-ə göndərilib. Həmin sənədlər münaqişənin həllinə heç bir təsir göstərməyib. Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə vacib prinsip "ya hər şey, ya heç nə"dir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq", - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru