Aşqabadda Xəzərin statusuna dair işçi qrupun iclası başlayıb

27-01-2016, 21:11           
Aşqabadda Xəzərin statusuna dair işçi qrupun iclası başlayıb
Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair işçi qrupun 43-cü iclası başlayıb.
APA-nın Türkmənistan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan, Rusiya, İran və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Görüşdə məqsəd Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı müzakirələrin davam etdirilməsidir.

İclasın birinci günündə nümayəndə heyətlərinin rəhbərləri öz dövlətlərinin bu məsələ, habelə Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı mövqeyini təqdim ediblər.

İclas sabah davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru