Bakı Olimpiya Stadionunda toy mərasimləri keçiriləcək

6-02-2016, 00:51           
Bakı Olimpiya Stadionunda toy mərasimləri keçiriləcək
Artıq sifarişlər var.

Bakı Olimpiya Stadionunda (BOS) toy şənlikləri də keçirmək mümkün olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib:

“Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək.

Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, — deyə elan yazılıb.

68 min oturacaq yeri olan bu stadionda hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var.

Stadiondan verilən məlumata görə, martın 19-da BOS-da ilk toy olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru