Ağ Ev Macarıstan rəhbərliyini təkzib etdi: Sanksiya güzəşti 1 illikdir

9-11-2025, 11:04           
Ağ Ev Macarıstan rəhbərliyini təkzib etdi: Sanksiya güzəşti 1 illikdir
Ağ Ev Vaşinqton administrasiyasının Macarıstana Rusiyadan neft və qaz tədarükünə qarşı sanksiyalardan qeyri-müəyyən müddətə deyil, bir illik güzəşt verdiyini israr edir.

Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb. Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin "sanksiyalardan müddətsiz güzəşt aldığını" vurğulamışdı. O, Baş nazir Viktor Orbanın və ABŞ prezidenti Donald Trampın 7 noyabrda Ağ Evdə keçirilən görüşdə buna razılıq verildiyini deyib.

Lakin Ağ Ev rəsmisi şənbə günü Reuters-ə göndərdiyi elektron poçtda güzəştin bir il müddətində qüvvədə olduğunu təkrarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru