USS Tripoli və ABŞ esminesi Hörmüz boğazının girişində müşahidə olunub.

Bu gün, 08:24           
USS Tripoli və ABŞ esminesi Hörmüz boğazının girişində müşahidə olunub.
Amerikaya məxsus USS Tripoli desant hücum gəmisi Arleigh Burke sinifli esmineslə birlikdə Hörmüz boğazının girişində müşahidə olunub.
Məlumata görə, hərbi gəmi Oman sahillərindən təxminən 115 km, İran ərazisindən isə təxminən 465 km məsafədə yerləşir.
Bildirilir ki, USS Tripoli-nin göyərtəsində ABŞ Dəniz Piyadalarının 31-ci ekspedisiya dəstəsi yerləşdirilib.
Ehtimal olunur ki, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi dəniz blokadası çərçivəsində ələ keçirilən tankerlərlə bağlı əməliyyatları məhz bu qüvvə həyata keçirir.
Eyni zamanda, diqqət çəkən məqam odur ki, Arleigh Burke sinifli iki esmineslə müşayiət olunan USS Abraham Lincoln aviadaşıyıcısı İrana daha yaxın məsafədə — təxminən 330 km uzaqlıqda yerləşir.
Cavid Dəmirli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru