Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?

Bu gün, 16:29           
Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir?
Kreml amerikalılarla əməkdaşlıq edərək Rusiyaya qarşı sanksiyaları yumşaltmağın yollarını tapmağa çalışır.

Bu barədə “RBC-Ukrayna” Ukrayna hökumətindəki məlumatlı mənbəyə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər Rusiyaya qarşı sanksiyaların yumşaldılması müqabilində Ukrayna cəbhəsində atəşkəs variantını müzakirə edirlər:

“Onlar hansısa anda atəşkəsə başlamaq və məsələn, bir həftəlik atəşkəs barədə razılığa gəlmək istəyirlər. Bunun müqabilində sanksiyaları qismən ləğv edirlər. Amerika cəbhədə sakitlik barədə xəbər yayır, Putin isə sanksiyaların qismən yumşaldılması və müvafiq olaraq böyük mənfəət əldə edir. Əslində, bu, heç bir təhlükəsizlik zəmanəti olmayan “sövdələşmə”dir və Ukraynaya yaramır“, – mənbə bildirib.

Hökumətdəki mənbə qeyd edir ki, bu variant həm ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Donald Tramp administrasiyasını, həm də iqtisadi çətinliklər yaşayan Vladimir Putin hakmiyyətini qane edir. Lakin Ukraynanı heç bir təhlükəsizlik zəmanəti verilməyən və Rusiyanı gücləndirən müvəqqəti atəşkəs tipli bu cür “sövdələşmə” qəti qane etmir.

Prezident Volodimir Zelenski də daha əvvəl belə bir ssenarini istisna etməmişdi. “Bloomberg”-ə verdiyi müsahibədə o, Rusiyanın müəyyən şirkətlərə qarşı sanksiyaların ləğvi və ya bankların SWIFT-ə qaytarılması müqabilində atəşkəs təklif edə biləcəyini demişdi və əlavə etmişdi ki, “Ukrayna üçün bütün bunlar böyük risk təşkil edir”.

Qeyd edək ki, bu il Ukrayna və Rusiya artıq “Pasxa atəşkəsi” adlanan bir razılaşma əldə etmişdilər. Lakin Rusiya ordusu bu “atəşkəs” zamanı hərbi əməliyyatları dayandırmamışdı.

Dünən isə Trampla Putin arasında söhbətdən sonra Moskvadakı 9 may paradı üçün atəşkəs barədə söhbətlər başlayıb. /azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru