NATO ölkəsindən tarixi addım – Rusiyanı belə izləyəcək

4-05-2026, 00:08           
NATO ölkəsindən tarixi addım –
İsveç Rusiyadakı hərbi hədəfləri izləmək üçün ilk peykini kosmosa buraxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “SVT” məlumat yayıb.

Nəşr qeyd edir ki, buraxılış mayın 3-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri Bazasından baş tutub və kosmik şirkət “Space X” tərəfindən həyata keçirilib.

Bildirilir ki, peyk təxminən bir ay ərzində tələb olunan orbitə çatacaq.

İsveç Kosmik Qüvvələrinin rəisi Anders Sundeman deyib ki, ölkənin silahlı qüvvələri hazırda müttəfiqlərdən və ya kommersiya peyklərindən görüntüləri alır.

O bildirib ki, növbəti iki il ərzində krallığın orbitdə təxminən 10 hərbi peyki olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru