“ABŞ gəmilərinə kütləvi zərbə endiriləcək“ - İran ordusu döyüş hazırlığına gətirildi

11-05-2026, 00:10           
“ABŞ gəmilərinə kütləvi zərbə endiriləcək“ -
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda hərbi gərginliyi son həddə çatdıracaq növbəti sərt bəyanatla çıxış edib.

SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı, briqada generalı Sərdar Musavi İran tankerlərinə qarşı hər hansı hücum olacağı təqdirdə ABŞ-ın regiondakı bütün hərbi obyektlərini vurmağa hazır olduqlarını bildirib.

General vurğulayıb ki, hazırda İranın raket və pilotsuz uçuş aparatları ABŞ-ın bölgədəki bazalarına və düşmən gəmilərinə tuşlanıb:

"Biz yalnız atəş açmaq üçün əmr gözləyirik".

SEPAH rəsmisi xəbərdarlıq edib ki, İranın ticarət gəmilərinə və ya neft tankerlərinə qarşı hər hansı bir təxribat ABŞ-ın regiondakı hərbi varlığına qarşı kütləvi zərbə ilə nəticələnəcək. Bu açıqlama, xüsusilə Hörmüz boğazında gəmilərin blokadaya alındığı və beynəlxalq koalisiya qüvvələrinin bölgəyə cəlb olunduğu bir vaxtda birbaşa hərbi qarşıdurma anonsu kimi qəbul edilir.

Qeyd olunur ki, Tehran bu yolla Vaşinqtonu İranın dəniz ticarətinə müdaxilə etməkdən çəkindirməyə çalışır. Hazırda Fars körfəzi və ətraf ərazilərdə hərbi hazırlıq ən yüksək səviyyəyə qaldırılıb. ABŞ tərəfinin bu birbaşa hədəyə və raketlərin hədəfə tuşlanması barədə bəyanata necə cavab verəcəyi böyük narahatlıqla izlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru