Xameneidən AÇIQLAMA...

29-05-2026, 00:08           
Xameneidən AÇIQLAMA...
Xamenei yeni mesaj yaydı
İranın ali lideri Müctəba Xamenei parlamentin 12-ci çağırış parlamentin üçüncü fəaliyyət ilinin başlanması münasibətilə mesaj yayıb.

Mesajda o, deputatların və xüsusilə parlament sədri Məhəmməd Baqir Qalibafın ölkənin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Xamenei milli birliyin qorunmasının vacibliyini vurğulayaraq ixtilafların qarşıdurmaya çevrilməməsi və parlamentin əsas diqqətini ölkənin əsas problemlərinə yönəltməsinin gərəkli olduğunu bildirib.

O, xüsusilə iqtisadiyyat, yaşayış şəraiti, inflyasiyanın nəzarətdə saxlanılması, istehsalın inkişafı və cəmiyyətdə ümid yaradılması məsələlərini ön plana çəkib.

Mesajda deputatların xalqın etimadını təmsil etməsi, cəmiyyətlə sıx əlaqədə olması, korrupsiya ilə mübarizə aparması və milli maraqları üstün tutması kimi məsələlər vurğulanıb.

M.Xamenei həmçinin xarici təzyiqlər və iqtisadi çətinliklər fonunda milli birliyi qorumağın vacibliyini qeyd edərək, düşmənlərin məqsədinin cəmiyyətdə parçalanma yaratmaq olduğunu bildirib və vəhdətin pozulmamasına çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru