İsrail BMT baş katibinin ofisi ilə bütün əlaqələrini dayandırdı

29-05-2026, 09:44           
İsrail BMT baş katibinin ofisi ilə bütün əlaqələrini dayandırdı
"İsrail Antonio Quterreşin BMT-nin baş katibi vəzifəsini tutduğu müddətcə baş katibin ofisi ilə heç bir təmasda olmayacaq".

"İnterfax" agentliyi xəbər verir ki, bunu İsrailin təşkilatdakı daimi nümayəndəsi Dani Danon bəyan edib.

Danon əlavə edib ki, İsrail tərəfinin fikrincə, Quterreş etimadı itirib.

Daimi nümayəndənin bu sözləri BMT-nin daha əvvəl bir sıra İsrail qurumlarını "münaqişə zonalarında cinsi zorakılıq" ittihamı ilə qara siyahıya salmasından sonra səslənib.

İsrailli diplomatın sözlərinə görə, BMT bu addımları ilə İsraili HƏMAS, İŞİD və dünyanın ən barbar terror təşkilatları ilə eyni sıraya qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru