Prezidentlikdən istefa verib, Putinin müşaviri oldu

Bu gün, 00:08           
Prezidentlikdən istefa verib, Putinin müşaviri oldu
Cənubi Osetiya Prezidenti Alan Qaqloyev Rusiya Prezident Administrasiyasına keçdiyinə görə respublika başçısı vəzifəsindən istefa verib.

"32gun.az" xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

Qondarma respublikanın başçısı bildirib ki, bir gün əvvəl Vladimir Putinlə görüşüb və Putin ona yeni vəzifə (müşavir) təklif edib. O, əlavə edib ki, Rusiya prezidentini dəstəkləyir və onun məqsədlərinə çatmasına kömək etməyə hazırdır.

O, bu gündən Rusiya prezident administrasiyasında işə başlayacaq.

Cənubi Osetiya Konstitusiyasına uyğun olaraq, prezidentin səlahiyyətləri Respublika hökumətinin sədri Marat Kambolova həvalə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru