Müdirin 86 minlik fırıldağı - Rəsmi məlumat

18-02-2016, 20:27           
Müdirin 86 minlik fırıldağı - Rəsmi məlumat
“Bakı Şərab-1” ASC-nin müraciəti əsasında cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən DİA.AZ-a verilən xəbərə görə, “Bakı Şərab-1” Açıq Səhmdar Cəmiyyətinin Göyçay şəhərində yerləşən 4 saylı firma mağazasının müdirinin qanunsuz hərəkətləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı qeyd edilən mağazanın müdiri Məhəmmədəli Qədirov tərəfindən şirkətin anbarından satış üçün verilmiş spirtli içkilərin dəyərinin kassaya mədaxil edilməməsi nəticəsində cəmiyyətə məxsus 86 min manat məbləğində pul vəsaitini mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru