Hollandiya şirkəti Azərbaycanda pendir zavodu tikəcək

18-02-2016, 21:16           

Niderlandın "Scherjon" şirkəti İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlayıb.

Fins.az bildirir ki, bu barədə şirkətin prezidenti Şeryon Hilko vergilər naziri Fazil Məmmədovla görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycanda əlverişli investisiya mühitin mövcuddur, investorların hüquq və mənafeləri qorunur, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılıb. Buna görə də "Scherjon" şirkəti Azərbaycana investisiya qoymağa maraq göstərir.

"Scherjon Dairy Equipment Holland BV" şirkətinin təqdim etdiyi avadanlıqlarda "Gouda" və "Etam" növlü holland pendirlərinin istehsalını nəzərdə tutan bu layihə gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru