“Azərsüd” xamasında saxtakarlıq - FOTOFAKT

19-02-2016, 21:31           
“Azərsüd” xamasında saxtakarlıq - FOTOFAKT
"Azərüd" istehsal etdiyi xamanın istifadə tarixində saxtakarlıq edib.
VİZUAL.az xəbər verir ki, xamanın fevralın 20-də istehsal olunduğu qeyd olunub. Bu gün fevralın 19-u olduğunu nəzərə alsaq, bu "riyazi uzaqgörənliyi” heç bir fəlsəfəyə sığışdırmaq mümkün deyil.
Kürdəmir Süd Emalı Zavodunda istehsal olunan "Azərsüd” məhsulunun fevralın 18-dən artıq mağazalarda satışda olduğu xəbər verilib. Elçin Əbdülrazak adlı Feysbuk istifadəçisi bu haqda sosial şəbəkələrdə şəkil paylaşıb.
Onun sözlərinə görə, xamanı marketlərin birindən alıb. Qeyd edək ki, ölkənin ağartı məhsulları bazarında böyük paya sahib olan və tanınan "Azərsüd” brendinin belə bir hala yol verməsi maraq doğurub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru