"Boşanma baş vermədikdə də aliment ödəməli olacaqsınız" - MÜHÜM DETALLAR

12-05-2026, 00:04           
"Boşanma baş vermədikdə də aliment ödəməli olacaqsınız" - MÜHÜM DETALLAR
Boşanma prosesinin aylarla, bəzən isə illərlə uzanması tərəflər arasında ən çox aliment məsələsində narahatlıq yaradır. Xüsusilə, azyaşlı uşağın saxlanılması ilə bağlı xərclərin artdığı bir vaxtda “məhkəmə yekun qərar verməyənə qədər aliment almaq mümkündürmü?” sualı aktuallaşır.

TEREF xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, boşanma işi davam etdiyi müddətdə də müvəqqəti aliment təyin oluna bilər.
Onun sözlərinə görə, bunun üçün məhkəməyə ayrıca müraciət edilməlidir:

“İddia ilə birlikdə və ya əvvəlcədən alimentlə bağlı ərizə təqdim olunur. Bu, müvəqqəti təminat tədbiri kimi qiymətləndirilir. Məhkəmə həmin məsələ ilə bağlı qərar qəbul etdikdən sonra sənəd dərhal icraya yönləndirilə bilər. Bunun üçün ayrıca ərizə verilməsi vacibdir”.

Hüquqşünas qeyd edib ki, belə hallarda əsas məqsəd uşağın təminatının boşanma prosesinin uzanmasına görə gecikməsinin qarşısını almaqdır.

Onun sözlərinə görə, məhkəmə yekun qərar çıxarana qədər valideyn övladının saxlanılması ilə bağlı məsuliyyətdən azad olunmur.

Ekspert əlavə edib ki, müvəqqəti aliment qərarı qüvvəyə mindikdən sonra icra prosesi başlanılır və alimentin ödənilməsi təmin edilir./KONKRET.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru