Haydi Klum model qızının məzuniyyət mərasimindən kadrlar paylaşdı – VİDEO

12-06-2022, 09:47           
Haydi Klum model qızının məzuniyyət mərasimindən kadrlar paylaşdı – VİDEO
Almaniyalı supermodel Haydi Klum 18 yaşlı qızı Lenninin məzuniyyət günündən kadrlar nümayiş etdirib.

Podyum ulduzu tədbirdən videoları “Instagram” hesabından paylaşıb.

Lenni modellik biznesində ilk addımlarını atır. 2020-ci ilin dekabrında o, anası ilə Alman “Vogue” jurnalının yanvar sayının üz qabığında model kimi debut edərək poza verdi. Bir il sonra o, Berlin Moda Həftəsi çərçivəsində “Der Berliner Salon” şousunda ilk dəfə podiuma çıxıb.

İtalyan iş adamı Flavio Briatoredən doğulan Lennidən başqa, Haydi Klumun keçmiş əri, müğənni Sealdan üç övladı var: oğulları Henri və Yohan və qızı Lu. 2019-cu ilin fevral ayından supermodel musiqiçi Tom Kaulitzlə evlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru