Məşhur aktyor onlarla insanın ölümünə səbəb oldu

29-09-2025, 07:34           
Məşhur aktyor onlarla insanın ölümünə səbəb oldu
Hindistanın Tamilnadu ştatında keçirilən mitinqdə izdiham nəticəsində azı 40 nəfər ölüb, 95 nəfər isə yaralanıb.

“Hindustan Times” xəbər verir ki, hadisə şənbə günü Karur dairəsində “Tamiqlaqa Vetti Kajagam” (TVK) partiyasının lideri və tanınmış aktyor Vijayın iştirak etdiyi aksiyada baş verib.

Vijay mitinqdə tərəfdarlarına müraciət edərkən meydanda sıxlıq yaranıb.

Hadisə yerinə çoxsaylı təcili yardım və xilasedici qruplar cəlb edilib.

Faciə ilə bağlı araşdırma başlanılıb. İlkin versiyalara görə, izdihamın səbəbi tədbirin təşkilindəki zəif təhlükəsizlik tədbirləri olub.//Lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]