Putini heyrətləndirən saç düzümü: Nə qədər vaxt lazımdır?

6-10-2025, 07:04           
Putini heyrətləndirən saç düzümü: Nə qədər vaxt lazımdır?
Rusiya Prezidenti Vladimir Putini qeyri-adi saç düzümü ilə təəccübləndirən memarın sözləri diqqət çəkib.

TEREF xəbər verir ki, “Sirius” Konsert Mərkəzinin baş memarı Andrey Litvinov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibə verib.

O, hər səhər saçları üçün təxminən 30 saniyə vaxt sərf etdiyini deyib.

“Saç düzümüm az baxım tələb edir və mənim dizayna peşəkar yanaşmamı əks etdirir. İnsanın zahiri görünüşü həm daxili aləmini göstərmək üsuludur, həm də yaradıcı özünüifadə formasıdır. Burada tarazlığı qorumaq vacibdir”, – deyə memar bildirib.

Qeyd edək ki, Putin yeni konsert mərkəzi ilə tanışlıq zamanı memarın saç düzümünü təbəssümlə qarşılamışdı. (Globalinfo.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]