Məşhur müğənni həbsxanada öldürüldü - FOTO

13-10-2025, 00:07           
Məşhur müğənni həbsxanada öldürüldü - FOTO
Böyük Britaniyanın Lostprophets qrupunun solisti, uşaqlara qarşı seksual xarakterli cinayətlərə görə 29 il həbs cəzasına məhkum edilmiş İan Uotkins Ueykfild həbsxanasında öldürülüb.

48 yaşlı musiqiçiyə başqa bir məhbus bıçaqla hücum edib. Qərbi Yorkşir polisi hücum nəticəsində onun öldüyünü təsdiqləyib.

Uotkins 2013-cü ildə uşağa təcavüz, 13 yaşından kiçik uşağa əxlaqsızlıq cəhdi və uşaq pornoqrafiyasının saxlanması və istehsalı da daxil olmaqla 13 seksual cinayətdə təqsirli bilinərək 29 il həbs cəzasına məhkum edilib. 2023-cü ildə Ueykfild həbsxanasında bıçaqlı silahla hücuma məruz qalmışdı. The Daily Mirror bildirir ki, musiqiçi 900 funt-sterlinq narkotik borcuna görə daha üç məhbus tərəfindən girov saxlanılıb və həbsxana əməkdaşlarının müdaxiləsindən sonra sərbəst buraxılıb. pizza hut

Lostprophets 1997-ci ildə Uotkins və gitaraçı Lee Gaze tərəfindən təsis edilib. Qrup dünya üzrə təxminən 3,5 milyon nüsxə satan beş studiya albomu buraxıb. Qrupun iki treki olan "Last Train Home" və "Rooftops" Böyük Britaniya hit-paradlarının ilk 10-luğuna daxil olub. Qrup 2013-cü ildə Uotkinsin həbsindən sonra dağılıb. /Musavat.com













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]