Bir reklamdan 32 milyon qazanacaq

13-10-2025, 15:44           
Bir reklamdan 32 milyon qazanacaq
Türkiyəli aktrisa Serenay Sarıkaya, illərdir siması olduğu məşhur cins geyim brendinin yeni kolleksiya çəkilişləri üçün yenidən kamera qarşısına keçib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sarıkaya bu reklam müqaviləsindən 32 milyon TL gəlir əldə edib.

Serenay Sarıkaya 2024-cü ildə eyni marka ilə əməkdaşlıq edərək 25 milyon TL qazanmışdı. Bu il bağladığı yeni müqavilə ilə gəlirini təxminən 28% artıraraq 32 milyon TL-yə yüksəldib. Bu əməkdaşlıq Türkiyə reklam sektorunda ən yüksək qazanc gətirən müqavilələrdən biri hesab olunur.

Məlumata görə, məşhur aktrisa qazancını daşınmaz əmlak investisiyalarına yönəldir. Onun Kaz Dağları ətəyində villası, həmçinin İstanbulda bir neçə mənzili olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]