Cennifer Lopes və Ben Afflek yenidən bir araya gələcəklər?
14-10-2025, 17:24
Müğənni Cennifer Lopes "Kiss of the Spider Woman" ("Hörümçək qadının öpüşü") filminin premyerasında yenidən bir araya gəldikdən sonra keçmiş həyat yoldaşı, aktyor Ben Affleklə münasibətlərini bərpa etmək niyyətində deyil.
Bu barədə "People" nəşri məlumat yayıb.
"Cenniferdə hər şey yaxşıdır. Cenni onu xoşbəxt edən şeylərə - ailəsinə və işinə diqqətini cəmləyib. O həmişə Benlə işləməyi sevib və bu dəyişməyib. Lakin söhbət onunla sevgi münasibətlərini bərpa etməkdən getmir", - deyə tabloidin insayderi bildirib.
Nəşrin müsahibi əlavə edib ki, məşhurlar dostluq münasibətlərini qoruyub saxlayıblar. Onun sözlərinə görə, hər ikisi birlikdə əldə etdikləri uğurlarla fəxr edirlər.