Türkiyəli ifaçı Güllünün ölüm səbəbi açıqlandı

15-10-2025, 12:09           
Türkiyəli ifaçı Güllünün ölüm səbəbi açıqlandı
Sentyabrın 26-da evinin eyvanından yıxılaraq həyatını itirən Türkiyənin məşhur müğənnisi Gül Tutun (səhnə adı ilə Güllü - red.) ölüm səbəbi müəyyən edilib.

Bu barədə NTV telekanalı xəbər verir.

Bildirilir ki, sənətçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Rəydə qeyd edilir ki, Güllünün zəhərlənərək öldüyünə dair tibbi dəlil aşkarlanmayıb.

Məlumata görə, ölüm hündürlükdən yıxılmaqla əlaqədar əmələ gələn sınıqlar, beyin qanaması və daxili qanaxmalar nəticəsində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]